Futbol əfsanəsi Dieqo Maradonanın vəfatı futbol dünyasını kədərə qərq etdi

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi geridə 60 rəngli il qoyub getdi.

1534634
Futbol əfsanəsi Dieqo Maradonanın vəfatı futbol dünyasını kədərə qərq etdi

Futbol əfsanəsi Dieqo Maradona vəfat edib.

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi geridə 60 rəngli il qoyub getdi.

Qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Maradona futbolçu karyerası ərzində əsasən “Barselona” (1982-84) və “Napoli”də (1984-91) oynaması ilə tanınıb.

Argentina millisinin kapitanı olan əfsanə 1986-cı dünya çempionu, 4 il sonra vitse-çempionu adına yiyələnib. Neapol klubu ilə iki dəfə İtaliya çempionu adını qazanan Maradona narkotiklə bağlı qalmaqallar, həmçinin DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu qolla da diqqət mərkəzində olub.

Qeyd edək ki, karyerasını 1997-ci ildə “Boka Xuniors”da başa vuran Maradona “Tekstil Mandiyu”, “Rasinq”, Argentina millisi, “Əl-Vəsl”, “Əl-Fuceyra”, “Dorados” və “Ximnasiya və Esqrima” klublarını çalışdırıb.

Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində bir milyona yaxın insanın iştirak edəcəyi gözlənilir.


Etiketlәr: #Dieqo Maradona

Әlaqәli Xәbәrlәr