"Başakşəhər" komandasının tarixi qələbəsi

Noyabrın 4-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunlarına start verilib.

1522037
"Başakşəhər" komandasının tarixi qələbəsi
5.jpg
4.jpg
3.jpg
2.jpg

Noyabrın 4-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunlarına start verilib.

Günün birinci oyunlarında İstanbulun "Başakşəhər" klubu İngiltərənin "Mançester Yunayted" komandası ilə üz-üzə gəlib. Gərgin keçən görüşə meydan sahibləri fəal başlayıblar. Matçın 13-cü dəqiqəsində Demba Ba hesabı açıb.

Oyunun 40-cı dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Edin Viska komandasının ikinci qoluna imza atıb. Cəmi üç dəqiqə sonra Mançester təmsilçisinin hücumçusu Antoni Martial vurulan qollardan birinin əvəzini çıxıb.

Beləliklə, "Başakşəhər" doğma meydanda "Mançester Yunayted"i məğlub edib.

Bu oyunla eyni vaxta start götürən "Zenit" – "Latsio" matçında qalib müəyyənləşməyib – 1:1.

Günün digər matçlarının nəticələri aşağıdakılardır.

"Çelsi" – "Renn" – 3:0;

"Sevilya" – "Krosnadar" – 3:2;

"Brugge" – "Borrusiya Dortmund" – 0:3;

"Ferençvaroş" – "Yuventus" – 1:4;

"Leyptsiq" – "Paris Sen-Jermen" – 2:1;



Әlaqәli Xәbәrlәr