Türkiyə-Almaniya matçı 3:3 hesabı ilə yekunlaşdı

Türkiyə yığması Millətlər Liqası çərçivəsində keçirəcəyi növbəti oyunlar öncəsi yoldaşlıq görüşündə qüvvəsini sınadı.

1504942
Türkiyə-Almaniya matçı  3:3 hesabı ilə yekunlaşdı

Türkiyə yığması Millətlər Liqası çərçivəsində keçirəcəyi növbəti oyunlar öncəsi yoldaşlıq görüşündə qüvvəsini sınadı.
Köln şəhərində baş tutan qarşılaşma bol qollu alınıb. Bundestim üç dəfə önə keçsə də, Ozan Tufan (50-ci dəqiqə), Efecan Karaca (67) və Kənan Karaman (90+4) hər üç halda hesabı bərabərləşdiridi. Nəticədə oyun 3:3 hesabı ilə yekunlaşıb.
Bununla Türkiyə yığması 2005-ci ildən bəri ilk dəfə güclü rəqibinə məğlub olmayıb və 15 illik həsrətə son qoyub. Bu müddət ərzində komandalar 3 dəfə üz-üzə gəlmiş, hamısında almanlar qələbə qazanmışdı. 
Qeyd edək ki, B liqasının 3-cü qrupunda yer alan Türkiyə yığması oktyabrın 11-də Rusiyanın qonağı olacaq, üç gün sonra isə Serbiyanı qəbul edəcək. Türkiyə komandası ilk iki turda aktivinə 1 xal yazdırıb.



Әlaqәli Xәbәrlәr