Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoydu

Kriştiano Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoyub.

1487310
Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoydu

Kriştiano Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoyub.

35 yaşlı hücumçu Millətlər Liqasının İsveçlə səfər matçında dubla imza atıb.

2:0 hesablı qələbə zamanı vurulan ilk top yığmada 100-cü, ikinci isə 101-ci qol olub.

Bununla da Ronaldo futbol tarixinə millidəki qol sayında 100-ü fəth edən ikinci oyunçu kimi düşüb. Portuqaliyalı yalnız İran yığmasının sabiq forvardı Əli Daeidən geri qalır. Rekordçunun aktivində 109 qol var.

UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib.

A, C və D liqasında baş tutan matçlardan sonra II tura yekun vurulub.

A Liqasının 2-ci qrupunda Belçika evdə İslandiyanı darmadağın edib. İngiltərə səfərdə Danimarkanın müqavimətini qıra bilməyib.

3-cü qrupda Fransa doğma meydanda Xorvatiya üzərində qələbə qazanıb. Portuqaliya isə səfərdə İsveçdən üstün olub.

 

8 sentyabr

UEFA Millətlər Liqası, II tur

A liqası

2-ci qrup
Belçika – İslandiya - 5:1

Danimarka – İngiltərə - 0:0

Belçika - 6, İngiltərə - 4, Danimarka - 1, İslandiya - 0

3-cü qrup
Fransa – Xorvatiya - 4:2

İsveç – Portuqaliya - 0:2

C liqası

1-ci qrup
Cənubi Kıbrıs Rum icması-Azərbaycan - 0:1

Lüksemburq – Monteneqro - 0:1

2-ci qrup
Gürcüstan – Şimali Makedoniya - 1:1

Ermənistan – Estoniya - 2:0

D liqası

2-ci qrup
San-Marino - Lixtenşteyn - 0:2



Әlaqәli Xәbәrlәr