"Sülh çeşməsi" əməliyyatı bölgəsindəki idman fəaliyyətləri

Suriyanın Rasulayn və Tel Abyad qəsəbələrində gənclər Türkiyənin də dəstəyilə yenidən idman fəaliyyətləri göstərərək sosiallaşma imkanı əldə edir.

1477803
"Sülh çeşməsi" əməliyyatı bölgəsindəki idman fəaliyyətləri

Türkiyə Silahlı Qüvvələrinin "Sülh çeşməsi" əməliyyatı (oktyabr-noyabr 2019) ilə terrordan təmizlənən Suriyanın Rasulayn və Tel Abyad qəsəbələrində gənclər Türkiyənin də dəstəyilə yenidən idman fəaliyyətləri göstərərək sosiallaşma imkanı əldə edir.
Türkiyənin Şanlıurfa Valiliyinin açıqlamına görə, "Sülh çeşməsi" əməliyyatı ilə sülh və təhlükəsizlik mühitinin yarandığı Rasulayn qəsəbəsində Şanlıurfa Valiliyi Suriya Dəstək və Koordinasiya  Mərkəzinin rəhbərliyindəki fəaliyyətlər davam edir. 
Həmin çərçivədə təşkil edilən "Rasulayn Məhəbbət və Salam" futbol liqasının ikinci yarı müsabiqələri final oyunları ilə yekunlaşıb.
Gənc və uşaqların böyük maraq göstərdiyi yarışların final matçında  "Azadlıq" və "Çehefe" idman klubları qarşılaşıb.
"Çehefə" İdman Klubu çempion olaraq kuboku qaldırdığı oyundan sonra bir araya gələn bütün klublara mənsub gənc idmançılar, dəstəklərinə görə Türkiyəyə təşəkkür ediblər.
Bölgədəki gənc və uşaqları idman fəaliyyətlərinə istiqamətləndirərək müharibə travmasını aradan qaldırmaq üçün dəstək olmaq istəyən Şanlıurfa Valiliyi Suriya Dəstək və Koordinasiya  Mərkəzi Tel Abyad və Rasulaynda tamamlanan futbol turnirləri və liqa yarışlarından sonra voleybol turniri üçün də hazırlıqlara başlayıb.
Türkiyə əməliyyat bölgəsində daha əvvəl də futbol, basketbol və voleybol sahələrini yeniləmişdi.



Әlaqәli Xәbәrlәr