Türkiyə Super Liqasının qalibi "Başakşəhər" oldu

Türkiyə Super Liqasında XXXIII tura yekun vuruldu.

1458336
Türkiyə Super Liqasının qalibi "Başakşəhər" oldu

Türkiyə Super Liqasında XXXIII tura yekun vuruldu.

İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazandı. "Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub oldu.

"Konyaspor"a uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə atdı. "Sivasspor"la "Beşiktaş" isə öz meydanında qələbə qazandı. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində "Fənərbaxça"nı məğlub etdi. İlk "4-lük"dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək.

Öz meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə Super Liqanı tərk edən ilk klub oldu.

Prezident Rəcəb Tayyib Ərdoğan Spor Toto Super Liqa 2019-2020 Cemil Usta mövsümünü çempion olaraq yekunlaşdıran "Medipol Başakşəhər" futbol klubunu təbrik etdi. 



Әlaqәli Xәbәrlәr