Almaniya Bundesliqasında XXVIII tura start verilib

Günün ilk qarşılaşmasında əzəli rəqiblər Dortmund "Borussiya"sı ilə "Bavariya" üz-üzə gəlib.

1424214
Almaniya Bundesliqasında XXVIII tura start verilib

Almaniya Bundesliqasında XXVIII tura start verilib.

Günün ilk qarşılaşmasında əzəli rəqiblər Dortmund "Borussiya"sı ilə "Bavariya" üz-üzə gəlib. "Siqnal İduna Park"dakı oyunun taleyini 1 qol həll edib. Coşua Kimmix ilk hissənin sonlarında fərqlənərək münhenlilərə səfər qələbəsi qazandırıb. "Bavariya" bu qalibiyyətlə liderliyini bir qədər də möhkəmlədib və ən yaxın izləyicisi ilə aradakı fərqi 7 xala yüksəldib.

İddialılardan "Bayer" öz meydanında "Volfsburq"a böyük hesabla məğlub olaraq, turnir cədvəlində irəliləmək şansını əldən verib. 

"Ayntraxt" - "Frayburq" matçında meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə gələn qollarla xilas olub.

Turun digər oyunları isə mayın 27-də keçiriləcək.



Әlaqәli Xәbәrlәr