Qalatasaray evində uduzdu

Çempionlar Liqasında qrup mərhələsinin III turunun   ilk gündə A, B, C və D qruplarında oyunlar keçirilib.

1292846
Qalatasaray evində uduzdu
2019-10-22T202837Z_1127209031_RC1CE1C0B9E0_RTRMADP_3_SOCCER-CHAMPIONS-GAL-MAD-REPORT.JPG
2019-10-22T203538Z_1760539603_RC13C190DFE0_RTRMADP_3_SOCCER-CHAMPIONS-GAL-MAD-REPORT.JPG
2019-10-22T210832Z_1860322108_RC1534C019C0_RTRMADP_3_SOCCER-CHAMPIONS-GAL-MAD-REPORT.JPG
800x800 (2).jpg
800x800 (1).jpg

A qrupunda “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edib. İlk iki turda qələbə üzü görməyən rəqiblərin duelində qonaqlar sevinib – 1:0.  

Qrupun digər matçında PSJ səfərdə “Brügge”ni darmadağın edib – 5:0. 

B qrupunun lideri “Bavariya” “Olimpiakos”un qonağı olub. Bol qollu matçda Münhen təmsilçisi çətin qələbəyə sevinib – 3:2. 

“Tottenhem” də “Srvena Zvezda”ya şans verməyib - 5:0. 

C qrupunda itkisiz irəliləyən “Mançester Siti” doğma arenasında autsayder “Atalanta”nı sınağa çəkib. Hesabı qonaqlar açsa da, sonda “şəhərlilər” darmadağına sevinib. 

D qrupunda favoritlər “Yuventus” və “Atletiko” ev oyununa çıxıb. Turin təmsilçisi Moskva “Lokomotiv”ini, Madrid klubu isə “Bayer”i məğlub yola salıb. 

Çempionlar Liqası 

Qrup mərhələsi, III tur 

22 oktyabr 

A qrupu 

“Qalatasaray” (Türkiyə) - “Real” (İspaniya) 0:1 

Qol: Kroos, 18.

 “Brügge” (Belçika) – PSJ (Fransa) 0:5, 

Qol: İkardi, 7; 63. Mbappe, 61; 79; 83  

B qrupu 

“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 5:0.

 Qol: Keyn, 9; 72. Min, 16; 44. Lamela, 57. 

“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) 2:3 

Qol: El Arabi, 23. Gilyerme, 79 – Levandovski, 34; 62. Tolisso, 75. 

C qrupu 

“Şaxtyor” (Ukrayna) – “Dinamo” (Xorvatiya) 2:2 

Qol: Konoplyanka, 16. Dodo, 75 – Olmo, 25. Orşiç, 60. 

“Mançester Siti” (İngiltərə) - “Atalanta” (İtaliya) 5:1 

Qol: Aquero, 34; 38-pen. Sterlinq, 58; 64; 69 – Malinovski, 28-pen.  

D qrupu 

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) 1:0 

Qol: Morata, 78. 

“Yuventus” (İtaliya) - “Lokomotiv” (Rusiya) 2:1 

Qol: Dibala, 77; 79 - Mirançuk, 30. 

 

 



Әlaqәli Xәbәrlәr