Əhməd Nur Çebi Beşiktaş Klubunun 34-cü prezidenti seçildi

Beşiktaş Klubunun növbədənkənar seçkisində Əhməd Nur Çebi ağ-qaraların yeni başçısı seçildi.

1291328
Əhməd Nur Çebi Beşiktaş Klubunun 34-cü prezidenti seçildi

 

  Beşiktaş Klubunun növbədənkənar seçkisində Əhməd Nur Çebi ağ-qaraların yeni başçısı seçildi.

  BJK Akatlar Mədəniyyət və İdman Kompleksində keçirilən səsvermədə 8529 seçicidən 5009-u Əhməd Nur Çebiyə səs verərək onu Beşiktaş Klubunun 34-cü prezidenti etdilər.  

  Digər namizədlər Serdal Adalı 2983, Hürser Tekinoktay 537 səs toplaya bilib.  

  Əhməd Nur Çebi 1959-ci ildə anadan olub. 1978-ci ildə TED Karabük Kollecindən, 1983-ci ildə isə Mərmərə Universitetinin İqtisadiyyat Fakültəsindən məzun olub. Evlidir, iki uşaq atasıdır.



Әlaqәli Xәbәrlәr