Tokioda yeni otüstü xokkey stadionu

Tokioda yeni otüstü xokkey stadionu istifadəyə verilib.

1254081
Tokioda yeni otüstü xokkey stadionu

  Tokioda yeni otüstü xokkey stadionu istifadəyə verilib.

  Yaponiya paytaxtında 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar inşa edilən yeni otüstü xokkey stadionunun meydançasında Tokionun bələdiyyə sədri topa ilk rəmzi zərbə endirib.

  Bu idman növünün azarkeşləri və nümayəndələri avqustun 17-də Oi stadionunun açılış mərasimində iştirak ediblər.

  Yeni idman obyekti Tokionun Şinaqava və Ota rayonları arasında yerləşir.

  Tokionun qubernatoru Yuriko Koike çıxışında söyləyib: “Bu obyektdə dünyanın ən yaxşı xokkey idmançıları arasında yarışlar keçiriləcək. Çox sayda insan həmin yarışları izləmək üçün bu stadiona gələcək. Ümid edirik ki, yeni stadion Olimpiya Oyunları başa çatdıqdan sonra da idmansevərlərin sevimli yeri olaraq qalacaq”.

  Açılış mərasimindən sonra otüstü xokkey üzrə Yaponiya yığmasının üzvləri nümunə çıxışlar edərək biri-birinin ardınca qapıya zərbələr endiriblər.

  Qeyd edək ki, yeni stadionda süni örtüklü iki xokkey meydançası var. Onlardan hər birinin eni 63 metr, uzunluğu 101 metrdir. Burada həftənin çərşənbə axşamından şənbə gününədək sınaq tədbirlərinin keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr