UEFA Superkubokunun qalibi müəyyənləşib

Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb.

1252758
UEFA Superkubokunun qalibi müəyyənləşib
liverpool super kupa5.jpg
liverpool super kupa4.jpg
liverpool super kupa3.jpg
liverpool super kupa2.jpg
liverpool super kupa1.jpg

UEFA Superkubokunun qalibi müəyyənləşib.

Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb.

Matçı Fransa Futbol Federasiyasının qadın  hakimi Stefani Frapparınidarə edib. Matçı həmçinin Manuela Nikolosi ve İrlandiyalı  Mişelle O'Neill və Cünet Çakır  idarə ediblər.

Stefani Frapparın yüksək səviyyədə idarə etdiyi matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb.

Əlavə hissələrdə də komandalar hərəyə bir dəfə fərqlənib - 2:2. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" Superkuboku başı üzərinə qaldırıb.

UEFA Superkuboku

23:00. “Çelsi”  – “Liverpul” - 2:2 (4:5 penaltilər)

Qol: Jiru, 36, Jorjinyo, 100 (pen) - Sadio Mane, 48, 95

Qeyd edək ki, matç Avropa ilə yanaşı, Afrika, Asiya, Latın Amerikası ölkələri, Şimali Amerika və Yaxın Şərq ölkələrində canlı yayımlandı.



Әlaqәli Xәbәrlәr