Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Məmmədli dünya çempionu olub

1247379
Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionu oldu
Yeniyetmələr Arasında Dünya Çempionatı_02.jpeg
Yeniyetmələr Arasında Dünya Çempionatı_03.jpeg

  Azərbaycan yunan-Roma güləşçisi Nihad Məmmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Yeniyetmələr Arasında Dünya Çempionatının qızıl medalını qazanıb.

  Çempionatın beşinci günündə Azərbaycanın üç yunan-Roma güləşçisi mübarizə aparıb. Nihad Məmmədli (55 kq) ilk görüşdə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus idmançısını da vaxtından əvvəl üstələyən N.Məmmədli yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Özbəkistan güləşçisini məğlub edən həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn N.Məmmədli dünya çempionu olub.

  Mübarizəyə səkkizdəbir finaldan qoşulan Ziya Babaşov (48 kq) əvvəlcə bolqarıstanlı güləşçini məğlub edib. Dörddəbir finalda Cənubi Afrika təmsilçisinə qalib gələn Z.Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Azərbaycan güləşçisi adını finala yazdırıb. Həlledici görüşdə iranlı güləşçi ilə mübarizədə son dəqiqədə üstünlüyü əldən verən idmançı gümüş medalla kifayətlənib.

  Digər Azərbaycan güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkmədən qalib gəlib. O, növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq X.Həsənli dörddəbir finalda iranlı rəqibinə minimal fərqlə uduzub.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr