Qalatasaray yarımfinala yüksǝldi

Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir “Qalatasaray” səfərdə I liqa klubu “Hatayspor”la qarşılaşıb.

1154181
Qalatasaray yarımfinala yüksǝldi

Evdəki ilk matçda qalib gələn Fatih Terimin yetirmələri rəqib meydanında məğlubiyyətlə üzləşib. “Sarı-qırmızılar” iki top fərqi ilə önə keçdikdən sonra 27 dəqiqəyə qapısında 4 qol görüb – 2:4.

 Lakin bu məğlubiyyət “Qalatasaray”ın yarımfinala yüksəlməsinə mane olmayıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn Super Liqa təmsilçisi səfər qolları sayəsində mərhələ adlayıb. İstanbulluların rəqibi “Göztəpə” – “Yeni Malatyaspor” matçında müəyyənləşəcək.

Qeyd edək ki, ilk yarımfinalçı “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Umraniyəspor” olub.

 

 



Әlaqәli Xәbәrlәr