''Real Madrid'' ''Atletiko'' nu 3:1 hesabı ilə məğlub etdi

Matç ''Vanda Metropolitano'' stadionunda baş tutub.

1142180
''Real Madrid'' ''Atletiko'' nu 3:1 hesabı ilə məğlub etdi

İspaniya La Liqasının 23-cü turunda Madrid derbisi keçirilib.

Məlumata görə, “Real Madrid ” səfərdə çempionluq yolundakı ən güclü rəqiblərindən sayılan “Atletiko Madrid ” ilə qarşılaşıb. Matç ''Vanda Metropolitano'' stadionunda baş tutub.

Oyun “Real Madrid”in  3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 45-ə çatdıran Santyaqo Solarinin yetirmələri turnir cədvəlində 2-ci piləyə yüksəlib, “Atletiko” isə 44 xalla 3-cü pilləyə enib. Turnir cədvəlinə rəqiblərindən 1 oyun az keçirən və 50 xala malik  “Barselona” başçılıq edir.

“Atletiko Madrid” - “Real Madrid” - 1:3

Qollar: Kasemiro, 16 (0:1), Qrizmann, 25 (1:1), Ramos, 43-pen (1:2), Beyl, 74 (1:3)

Qırmızı vərəqə: Tomas, 80 (“Atletiko”)



Әlaqәli Xәbәrlәr