2022 FIFA Dünya Kubokunda bəzi matçlar Küveytdə oynanacaq

FİFA Futbol Federasiyasının prezidenti Gianni Infantino, Qətərin ev sahibliyi edəcəyi 2022 FIFA Dünya Kubokunda bəzi qarşılaşmaların Küveytdə oynaya biləcəyini bildirib.

1134962
2022 FIFA Dünya Kubokunda bəzi matçlar Küveytdə oynanacaq

Küveyt Şahzadəsi Kubokunun final qarşılaşmasına qatılmaq üzrə ölkədə səfərdə olan Infantino jurnalistlərə verdiyi açıqlamada bildirib ki, 2022 FIFA Dünya Kuboku matçlarından bəziləri Küveytdə oynanacaq. O vurğulayıb ki, turnirdə iştirak edəcək komanda sayının 32-dən 48-ə qaldırılacağına dair konkret bir şey ifadə etmək üçün vaxta ehtiyac var. Əgər təklif qəbul edilərsə Asiya ölkələrindən qatılacaq komanda sayı artacaq. Infantino, Küveytdə ilk qadın futbol turnirinin təşkil edilməsindən xoşbəxtlik duyduğunu və bütün ölkələrin Küveyti nümunə götürmələrini arzuladığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr