R.Babel, Fulhemə keçdi

“Beşiktaş” klubu ilə mövsümün sonunda müqaviləsi bitəcək Rayan Babel İngiltərə Premyer Liqasına transfer oldu.

1126765
R.Babel, Fulhemə keçdi

32 yaşlı hollandiyalı vinger Premyer Liqada sonuncu pillələrdə qərarlaşmış “Fulhem”ə keçib. 

London klubu futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Hollandiya millisinin üzvü olan Babel yeni klubunda ilk fikirlərini bildirib: 

“İlk təəssüratlarım yaxşıdır. Çox həyəcanlıyam. Tamamilə inamım var ki, “Fulhem” turnir cədvəlində yuxarı pillələrə qalxa biləcək. Burada olmağımın səbəblərindən biri də budur. Oynamağa hazıram və artıq həyəcandan bunu gözləyə bilmirəm”.

Qeyd edək ki, Babel 2017-ci ilin qış transfer dönəmində İspaniyanın “Deportivo” klubundan “Beşiktaş”a bağladığı 2,5 illik müqavilə ilə keçib. Bu futbolçunun ən yaxşı karyerası da məhz iki il oynadığı İstanbul klubunda olub. Belə ki, o, “Beşiktaş”da 89 oyuna 29 qol vurub, 12



Әlaqәli Xәbәrlәr