“Qarabağ” qış-təlim məşq toplanışı üçün Antalyaya gəldi

Ağdam klubu bu gün səhər saatlarında Türkiyəyə gəldi. Qurban Qurbanovun kollektivi ölkəmizdə 3 həftəlik hazırlıq keçəcək.

1120043
“Qarabağ” qış-təlim məşq toplanışı üçün Antalyaya gəldi

 Ağdam klubu bu gün səhər saatlarında Türkiyəyə gəldi. Qurban Qurbanovun kollektivi ölkəmizdə 3 həftəlik hazırlıq keçəcək. 
Qeyd edək ki, “Qarabağ” Antalyada olduğu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq. Ağdamlılar bir gün sonra isə Bakıya dönəcək.

Mənbə: qafqazinfo.az



Әlaqәli Xәbәrlәr