“Mançester Yunayted”  ilə  Mourinyunun yolları ayrıldı

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Juze Mourinyu istefaya göndərilib.

1109334
“Mançester Yunayted”  ilə  Mourinyunun yolları ayrıldı

Mançester klubundan  bu gün yayılan  bəyanatda bildirilib ki,komanda  mövsümün sonunadək müvəqqəti baş məşqçiyə tapşırılacaq. Acıqlamada   vurğulanıb ki, klub daimi əsaslarla çalışacaq yeni məşqçi axtarışına çıxıb.

Qeyd edək ki, Juze Mourinyu “Mançester Yunayted”lə 2016-cı ilin mayın 27-də üç illik müqavilə bağlamışdı. Lakin müqaviləyə vaxtından əvvəl xitam verildiyindən, portuqaliyalı çalışdırıcıya təzminat ödəniləcək.



Әlaqәli Xәbәrlәr