“Qalatasaray” komandası mәğlub oldu

Porto şәhәrindә yerlәşәn ‘‘Draqao’’ stadionunda oynanan matçda ‘‘Qalatasaray’’ yığması 1-0 hesabı ilә mәğlub olub.

1062166
“Qalatasaray” komandası mәğlub oldu

“Qalatasaray” komandası UEFA Çempionlar Liqasının qrup mәrhәlәsinin G qrupunun ikinci matçında Portuqaliyanın ‘‘Porto’’ komandası ilә qarşılaşıb.

Porto şәhәrindә yerlәşәn ‘‘Draqao’’ stadionunda oynanan matçda ‘‘Qalatasaray’’ yığması 1-0 hesabı ilә mәğlub olub.

Mәlumata görә, qolu 49 dәqiqәdә rәqib komandanın  futbolçusu  Mareqa vurub.

Qrupdakı digәr matçda isә ‘‘Schalke 04’’ sәfәrdә  ‘‘Lokomotiv Moskva’’nı 1-0 hesabı ilә mәğlub edib.

Qeyd edәk ki, “Qalatasaray” komandası qrupdakı üçüncü matçında ‘‘Schalke 04’’ yığması ilә qarşılaşacaq. Matç oktyabrın 24-dә keçirilәcәk.



Әlaqәli Xәbәrlәr