Derya Can Türkiyə rekordunu yenilədi

Dünya Çempionatı öncəsi Türkiyə rekordunu qırdığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyən Derya Can deyib...

1059217
Derya Can Türkiyə rekordunu yenilədi

  Türkiyənin milli idmançısı Derya Can Antalyanın Kaş rayonundakı Beynəlxalq Sərbəst Üzmə Kaş Açıq Yarışlarında sabit çəkili mono palet kateqoriyasında 82 metrə dalaraq Türkiyə rekordunu təzələyib.

  Türkiyə Sualtı İdman Növləri Federasiyası (TSSF) tərəfindən İnceboğaz çimərliyi meydanında keçirilən yarışda 17 ölkədən 38 idmançı iştirak edib. Türkiyə millisi Derya Can sabit çəkili mono palet kateqoriyasında 80 metrlik dalma dərəcəsini keçərək Türkiyə rekordunu 82 metrə çıxarıb.

  Dünya Çempionatı öncəsi Türkiyə rekordunu qırdığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyən Derya Can deyib: “Oktyabrın 2-də Dünya Üzmə-Dalma Çempionatı başlayır. Burada da əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ölkəmə təkrar kubok və medallar qazandırmaq istəyirəm".



Әlaqәli Xәbәrlәr