2024 Avropa Futbol Çempionatına Almaniya ev sahibliyi edəcək

İsveçrənin Nyon şəhərində keçirilən səsvermənin nəticəsini UEFA-nın prezidenti Aleksandr Ceferin açıqlayıb.

1058041
2024 Avropa Futbol Çempionatına Almaniya ev sahibliyi edəcək

  UEFA idarə heyəti üzvlərinin əksəriyyəti Türkiyə ilə müqayisədə üstünlüyü Almaniyaya verib.

 Qeyd edək ki, Türkiyə Avropa Futbol Çempionatına ev sahibliyi üçün bura qədər 4 dəfə namizəd olub. 2016-cı il seçkisini Fransa qarşısında 1 səs fərqilə uduzub. 2020 üçün yenə yola çıxdı. Ancaq UEFA rəhbərliyi Türkiyənin həm 2020 olimpiadası, həm də AVRO 2020-yə namizəd olmasıyla bağlı bir sıra qayda və format dəyişikliyinə getdi: AVRO 2020-də matçlara 13 ayrı ölkənin ev sahibliyi edəcəyi açıqlandı.

  Türkiyə 2024 Avropa Futbol Çempionatına ev sahibliyi üçün yenidən dövrəyə girdi.

  Bu gün (27 sentyabr) UEFA AVRO 2024 üçün Almaniyanın ev sahibliyini açıqladı.



Әlaqәli Xәbәrlәr