Qırğızıstanda III Beynəlxalq Köçəri Oyunları Yarışı

III Beynəlxalq Köçəri Oyunları Yarışının açılış mərasimində Türkiyə prezidenti R.T.Ərdoğan, Qazaxıstan prezidenti N.Nazarbayev, Azərbaycan prezidenti İ.Əliyev, Özbəkistan prezidenti Ş.Mirziyoyev və Macarıstanın baş naziri Viktor Orban da iştirak edəcək.

1037544
Qırğızıstanda III Beynəlxalq Köçəri Oyunları Yarışı
maskot kar leopari.jpg

  Qırğızıstan 2-8 sentyabr tarixlərində III Beynəlxalq Köçəri Oyunları Yarışına ev sahibliyi edəcək.

  Türk tayfalarının həyat və mədəniyyətinə işıq tutmağı qarşısına məqsəd qoyan tədbir İssık Göl rayonuna bağlı Çolpon-Ata şəhərində keçiriləcək.

  Maskotu Tanrı dağlarının simvolu – “Qar bəbiri” olan tədbir çərçivəsində etno-idman oyunları, etno-mədəni tədbirlər və elmi konfranslar olacaq.

  Qeyd edək ki, Qırğızıstan türk etno-oyunları yarışının birincisini 2014, ikincisini 2016-cı ildə həyata edib.

  Manqala sümükatma, oxatma, qartal və şahinlə ov, masa və bilək güləşi kimi ənənəvi 37 idman növü üzrə yarışların keçirəcəyi oyunlarda 80 ölkədən 3 min idmançının iştirakı gözlənilir.

  Qırğızıstan prezidenti Sooronbay Ceenbekovun ev sahibliyilə olacaq oyunlara görə 594 medal paylanacaq.

  Tədbir çərçivəsində əfsanə və dastanlar söylənəcək, sənətkarlıq sərgiləri keçiriləcək, bazarlar qurulacaq, köçəri və müasir türk geyimləri nümayiş olunacaq, xalq oyunları, kukla və teatr tamaşaları göstəriləcək, ənənəvi yeməklər təqdim ediləcək və s.

  Qırğızıstanda iki ildən bir keçirilən oyunlar bu il ilk dəfə Türk Şurası (Keneşi) üzvü olan ölkələrdən birinə təhvil veriləcək.

  III Beynəlxalq Köçəri Oyunları Yarışının açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Özbəkistan prezidenti Şafkat Mirziyoyev və Macarıstanın baş naziri Viktor Orban da iştirak edəcək.



Әlaqәli Xәbәrlәr