Ramil Quliyev 35 illik rekordu qırdı

XVIII Aralıq Dənizi Oyunlarında 200 metr final yarışında meydançaya çıxan Ramil Quliyev 20,15-lik dərəcəsiylə 35 illik rekordu qıraraq qızıl medal qazanıb.

1002985
Ramil Quliyev 35 illik rekordu qırdı

 XVIII Aralıq Dənizi Oyunlarında 200 metr final yarışında meydançaya çıxan Ramil Quliyev 20,15-lik dərəcəsiylə 35 illik rekordu qıraraq qızıl medal qazanıb.

  İspaniyanın Tarraqona şəhərinin ev sahibliyi ilə keçirilən 18-ci Aralıq Dənizi Oyunlarında 200 metr final yarışları keçirilib. Fenerbahçeli Türkiyə milli atleti, azərbaycanlı Ramil Quliyev 5-ci məcrada qoşduğu final yarışını 20,15-lik dərəcə ilə ilk sırada tamamlayıb və qızıl medal qazanıb. R.Quliyev bu dərəcəsiylə oyunların 35 illik rekordunu da qırmış sayılıb.

  İtaliyalı Eseosa Desalu 20,77-lik dərəcəylə ikinci, fransalı Maykl Meba Zeze isə 20,78 ilə üçüncü olub.



Әlaqәli Xәbәrlәr