"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi hollandiyalı mütəxəssis Filip Koku olacaq.

997599
"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

Türkiyənin "Fənərbağça" klubuna yeni baş məşqçi təyin olunub.

Bu postda hollandiyalı mütəxəssis Filip Koku işləyəcək.

48 yaşlı baş məşqçi bundan əvvəl PSV-ni çalışdırırdı. Yaxın günlərdə onunla İstanbulda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, bundan əvvəl "Fənərbağça"nın baş məşqçisi Aykut Kocaman idi.

 

Mənbə: Trend İnformasiya Agentliyi



Әlaqәli Xәbәrlәr