Bu gün dünya çempionatında ilk tura yekun vurulub

H qrupunda oynanan ilk matçda Kolumbiya və Yaponiya milliləri qarşılaşıb.

995701
Bu gün dünya çempionatında ilk tura yekun vurulub
2018-06-19T155911Z_260906288_RC11C4EAED10_RTRMADP_3_SOCCER-WORLDCUP-COL-JPN.JPG
2018-06-19T155828Z_1199518514_RC120944BD30_RTRMADP_3_SOCCER-WORLDCUP-COL-JPN.JPG
2018-06-19T140250Z_1011339251_RC17D1BD0D70_RTRMADP_3_SOCCER-WORLDCUP-COL-JPN.JPG
2018-06-19T135852Z_1937641098_RC15E4E79DA0_RTRMADP_3_SOCCER-WORLDCUP-COL-JPN.JPG
2018-06-19T114502Z_1452763236_RC182E6F9C00_RTRMADP_3_SOCCER-WORLDCUP-COL-JPN.JPG

Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar  qazanıb.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşıb. Levandovski-Mane mübarizəsi adlandırılan görüşdə Avropa təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.

A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1.

Rusiya millisi Afrika təmsilçisi ilə görüşdə də qələbə qazanıb. İkinci hissənin əvvəlində meydan sahibləri 3 top fərqi ilə keçiblər. Misirin gücü yalnız mundialda debüt edən Salahın penalti qolu ilə fərqi azaltmağa çatıb. 

2 turdan sonra 6 xalı olan Rusiya millisi böyük ölçüdə 1/8 finala vəsiqə qazanıb. Bunun rəsmiləşməsi üçün sabah Uruqvay Səudiyyə Ərəbstanıya uduzmamalıdır.

 



Әlaqәli Xәbәrlәr