Sabah, Fənərbaxça Doğuş,Baskonia ilə  qarşılaşacaq

Basketbol üzrə Fənərbaxça Doğuş Komandası THY Avropa Liqası play-off ¼ final mərhələsinin 4-cü matçını sabah İspaniya nümayəndəsi Baskonia komandası ilə oynayacaq.

958441
Sabah, Fənərbaxça Doğuş,Baskonia ilə  qarşılaşacaq

Vitoria şəhərində Fernando Buesa idman salonunda oynanacaq matç Türkiyə vaxtıyla saat 22.00-də başlayacaq.

Sarı-göylülər, 3 qalibiyyətə imza atacaq komandanın ¼ finala vəsiqə qazanacağı mərhələdə 2-1 hesabla üstünlüyə sahibdir.

İlk iki qarşılaşmada 82-73 və 95-89 hesabla qələbə qazanan Fənərbaxça Doğuş, üçüncü qarşılaşmada səfərdə Baskonia komandasına 88-83 məğlub olmuşdu. Sabah oynanacaq matçda Fənərbaxça Doğuş qələbə qazanarsa,ardıcıl olaraq dördüncü dəfə ¼ finala vəsiqə qazanmış olacaq. Baskonianın qələbə qazanması halında isə, ¼ finalda iştirak edəcək komanda, 1 Mayda İstanbulda oynanacaq 5 və son matçın nəticəsinə görə bəlli olacaq.



Әlaqәli Xәbәrlәr