Qalatasaray kubokun sahibi oldu

Basketbol üzrə Qalatasaray Qadın Komandası, Beynəlxalq Basketbol Federasiyası (FIBA) Avropa kuboku final qarşılaşmasının cavab matçında İtaliya nümayəndəsi Reyerə 72-65 hesabla məğlub olmasına baxmayaraq çempion olub.

Qalatasaray kubokun sahibi oldu

Sarı-qırmızılılar, İstanbuldakı ilk matçda 90-68 hesabla məğlub etdiyi Reyer ilə cavab matçını İtaliyanın Venesiya şəhərində oynadı. Qarşılaşmada rəqibinə məğlub olsa da, ilk matçda rəqibini 20 xal üstünlüklə məğlub etdiyi üçün kubokun sahibi oldu.

FIBA Avropa Kubokunun sahibi olan Basketbol üzrə Qalatasaray Qadın Komandası, Türkiyəyə 9-cu dəfə Avropa çempionluğunu qazandırdı.

Baş nazir Rəcəb Tayyib Ərdoğan, FIBA ​​Qadınlar Avropa Kuboku çempionu Qalatasaray Komandasını təbrik edib.

Prezidentin Mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan, Basketbol üzrə Qalatasaray Qadın Komandasının uğuru münasibətiylə Qalatasaray Klubunun Başçısı Mustafa Cengizə təbrik teleqramı göndərib.



Әlaqәli Xәbәrlәr