Azərbaycan-Makedoniya oyununda qalib müəyyənləşmədi

Martın 27-də Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşmədi.

939238
Azərbaycan-Makedoniya oyununda qalib müəyyənləşmədi

Martın 27-də Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşmədi.

Antalyadakı “Mardan” stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində Namiq Ələskərova qarşı kobud oyuna görə, Makedoniya millisinin qapısına təyin olunmuş penalti zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək Azərbaycan millisini hesabda önə çıxardı.

Matçın 22-ci dəqiqəsində isə baş hakim Halis Özkahya bu dəfə qardaş ölkənin millisini qapsına penalti təyin edib. Makedoniyalı futbolçu Aleksandar Traykovski hesabı bərabərləşdirdi.

Komandaların cəhdlərinə baxmayaraq matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşdı.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə isə qapılara top vurulmayıb. Beləliklə, görüş 1:1 hesabı ilə yekunlaşdı.



Әlaqәli Xәbәrlәr