Fənərbaxça Doğuş komandası  İspaniyadan qalibiyyətlə qayıdıb

Fənərbaxça Doğuş, Türk Hava Yolları (THY) Avropa Liqasının 17-ci turunda qarşılaşdığı İspan nümayəndə Valencia Basketi 80-67 hesabla məğlub edib.

Fənərbaxça Doğuş komandası  İspaniyadan qalibiyyətlə qayıdıb

Sarı-göylü komanda liqa qarşılaşmalarından 11-ci dəfə qalibiyyətlə ayrılarkən, Valensiya Basket oynadığı 17 matçdan 12-də qələbə qazanıb.

Digər tərəfdən, İspaniyanın reytinqli jurnallarından Giqantes del Basketin hər il paylanan basketbol mükafatları, Valenciada təşkil edilən mərasimdə sahiblərinə təqdim edilib.

Fənərbaxça klubunun məlumatına görə, THY Avropa Liqası çempionu Basketbol üzrə Fənərbaxça Doğuş Komandasının Baş məşqçisi Zeljko Obradovic "Basketbol Əfsanəsi", Maurizio Gherardini "Ən Müvəffəqiyyətli Ümumi Menecer", Jan Vesely də "Ən diqqət çəkən Basketbolçu" mükafatına layiq görülüb.

 

 



Әlaqәli Xәbәrlәr