Vodafone 39-cu İstanbul Marafonunun qalibləri müəyyən oldu

Vodafone 39-cu İstanbul Marafonunu kişilərdən Keniya əsilli Fransa atleti Abraham Kiprotiç, qadınlardan isə yenə keniyalı Rut Çepnqetiç (Ruth Chepngetich) qazandı.

845770
Vodafone 39-cu İstanbul Marafonunun qalibləri müəyyən oldu

  İstanbul 15 İyul Şəhidlər Körpüsünə çatmamış təxminən 250 metrdən başlayan və Sultan Əhməd Meydanında sona çatan 42 kilometr 195 metrlik marafonda Abraham Kiprotiç 2 saat 11 dəqiqə 22 saniyəlik dərəcəylə birinci yeri əldə edib. Ondan sonra keniyalı Yakob Kendaqor 2 saat 11 dəqiqə 27 saniyə dərəcəylə ikinci, efiopiyalı Baza Vorku isə 2 saat 11 dəqiqə 39 saniyə ilə üçüncü olub.

  Vodafone 39-cu İstanbul Marafonunda qadınlar üzrə yenə keniyalı Rut Çepnqetich 2 saat 22 dəqiqə 36 saniyə ilə birinci, keniyalı Visilin Jepkesho 2 saat 22 dəqiqə 40 saniyə dərəcə ilə ikinci, efiopiyalı Letebrhan Haylay isə 2 saat 25 dəqiqə 14 saniyə ilə üçüncü sırada yer alıb.

  Bu il 100 ölkədən təxminən 125 min adamın qatıldığı İstanbul marafonunun şüarı uşaqlarla bağlı idi: "Uşaqlarımızın gələcəyi üçün qaçırıq".



Әlaqәli Xәbәrlәr