Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq

Türkiyə Superliqasının oyunları Azərbaycanda canlı yayımlanacaq.Türkiyə Superliqas

803154
Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq

Türkiyə Superliqasının oyunları Azərbaycanda canlı yayımlanacaq.

Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının qarşılaşmaları “CBC Sport” kanalı ilə nümayiş olunacaq.
 
Bunu televiziya kanalının rəhbəri Volkan Üst açıqlayıb. O kanalın canlı efirində bildirib ki, bu həftədən etibarən Türkiyə Superliqasının görüşləri “CBC Sport”la yayımlanacaq: “Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı. Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budu, çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə Superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq”.
Qeyd edək ki, Türkiyə çempionatı indiyədək Azərbaycanda yayımlanmayıb.



Әlaqәli Xәbәrlәr