Ramil Quliyev ISTAF Oyunlarında ikinci oldu

Türkiyə atletika tarixinin ilk dünya çempionu Ramil Quliyev  Berlindəki ISTAF Oyunlarında kişilər arasında 100 metr məsafəyə qaçışda ikinci oldu.

797702
Ramil Quliyev ISTAF Oyunlarında ikinci oldu

Türkiyə atletika tarixinin ilk dünya çempionu Ramil Quliyev  Berlindəki ISTAF Oyunlarında kişilər arasında 100 metr məsafəyə qaçışda ikinci oldu.
 
 Londondakı Dünya Atletika Çempionatında kişilər arasında 200 metr məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyev Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda keçirilən ISTAF Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarına qatıldı.
 
Ramil  100 metrlik məsafəni 10.09 saniyədə qət edərək ikinci oldu.
 
Yarışı yamaykalı Julian Forte 9.91 müddəti ilə birinci bitirdi. Böyük Britaniya idmançısı  Adam Gemili 10.10-luq  saniyə ilə 3-cü oldu.



Әlaqәli Xәbәrlәr