“Başakşəhər” və “Konyaspor”-un qalibləri bəlli oldu

Avqustun 25-də Monakoda futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atıldı.

796804
“Başakşəhər” və “Konyaspor”-un qalibləri bəlli oldu

Avqustun 25-də Monakoda futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atıldı.

UEFA Avropa Liqasında 48 komanda 12 qrupda mübarizə aparacaq.

Püşkün nəticəsinə görə, “A” qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Astana” (Qazaxıstan) və “Slaviya” (Çexiya) komandaları yarışacaqlar.

“Dinamo” (Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Partizan” (Serbiya), “Skenderbeu” (Albaniya) klubları “B”, “Braqa” (Portuqaliya), “Ludoqorets” (Bolqarıstan), “Hoffenhaym” (Almaniya) və “Başakşəhər” (Türkiyə) komandaları isə “C” qrupunda yer alıblar.

“Milan” (İtaliya), “Avstriya” (Avstriya), “Riyeka” (Xorvatiya) və AEK (Yunanıstan) komandaları “D” qrupunda meydana çıxacaqlar.

“Lion” (Fransa), “Everton” (İngiltərə), “Atalanta” (İtaliya), “Apollon” (Kipr) klubları “E”, Kopenhagen” (Danimarka), “Lokomotiv” (Rusiya), “Şerif” (Moldova) və “Zlin” (Çexiya) kollektivləri isə “F” qrupunda münasibətlərinə aydınlıq gətirəcəklər.

“Viktoriya Plzen” (Çexiya), “Styaua” (Rumıniya), “Hapoel” (İsrail), “Luqano” (İsveçrə) komandaları “G”, “Arsenal” (İngiltərə), BATE (Belarus), “Köln” (Almaniya) və “Srvena Zvezda” (Serbiya) klubları “H” qrupunda yarışacaqlar.

“I” qrupunda “Zalsburq” (Avstriya), “Marsel” (Fransa), “Gimaraynş” (Portuqaliya), “Konyaspor” (Türkiyə), “J” qrupunda isə “Atletik” (İspaniya), “Herta” (Almaniya), “Zarya” (Ukrayna) və “Ostersun” (İsveç) klubları yer alıblar.

“Latsio” (İtaliya), “Nitsa” (Fransa), “Zulte Varegem” (Belçika), “Vitess” (Hollandiya) komandaları “K”, “Zenit” (Rusiya), “Real Sosyedad” (İspaniya), “Rusenborq” (Norveç) və “Vardar” (Makedoniya) isə “L” qrupunda yarışacaqlar.



Әlaqәli Xәbәrlәr