Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu

1:2 hesabı ilə məğlub olan "Fənərbaxça" turnirlə vidalaşdı.

796268
Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu

Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu.

Cavab oyunları çərçivəsində 22 qarşılaşma baş tutdu. Bununla da qrup mərhələsinin iştirakçılarının tam siyahısı bəlli oldu.

İlk görüşdə "Vardar"a uduzan "Fənərbaxça" öz meydanında da rəqibi ilə bacara bilmədi. 1:2 hesabı ilə məğlub olan komanda turnirlə vidalaşdı.

Ötən mərhələdə "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Panatinaikos" Avropa Liqasının qrup mərhələsinə adlaya bilmədi. Yunanıstan təmsilçisi səfərdə də "Atletiko"ya uduzaraq, mübarizəni dayandırdı.



Әlaqәli Xәbәrlәr