Samsunda Türkiyə komandası çempion oldu

Türkiyə yığması 4-3 hesabı ilə Ukrayna yığmasına qalib gəldi.

780366
Samsunda Türkiyə komandası çempion oldu

Türkiyənin Samsun şəhərində təşkil edilən 2017 Eşitmə Qüsurlu Əlillər Olimpiadalarında kişi futbal  komandamız normal müddəti və uzatma dəqiqələri 0-0 başa çatan finalda Ukraynanı penaltı vuruşları nəticəsində 4-3 hesabı ilə məğlub edərək çempion oldu.

Canik 10 May stadionunda baş tutan oyunun ilk yarısı 0-0 hesabla tamamlandı. İkinci yarıda da komandaların qol vura bilmədiyi matç uzatma dəqiqələri ilə davam etdi, ancaq bu müddətdə də qol vurula bilmədi, nitəcədə penaltı vuruşlarına üz tutuldu və Türkiyə yığması 4-3 hesabı ilə Ukrayna yığmasına qalib gəldi.

Türkiyə bu nəticələrlə dünya və Avropa çempionluğundan sonra olimpiadalarda da çempion oldu.

Stadionda olan gənclik və idman naziri Aşkın Bak ilə sabiq nazir Akif Çağatay da futbolculara dəstək oldular.

Tədbirdə Türkiyə qızıl, Ukrayna gümüş və Misir bürünc medal qazandıqda, komandalara medallarını nazir Aşkın Bak, Akif Çağatay Kılıç və Beynəlxalq Eşitmə Qüsurlu Əlillər İdman Komitəsi sədri Valery Rukhledev təqdim etdi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2017 Eşitmə Qüsurlu Əlillər Olimpiadalarında kişi futbal  komandamızın şempion olmasına görə Türkiyə Eşitmə Qüsurlu əlillər idman federasiyasının sədri Yakup Ümitə təbrik məktubu ünvanladı.



Әlaqәli Xәbәrlәr