Formula 1 Dünya Çempionatı həyəcanı Macarıstanda

Yarış 30 iyul bazar günü başlayacaq.

779534
Formula 1 Dünya Çempionatı həyəcanı Macarıstanda

  Formula 1 Dünya Çempionatında həyəcan Macarıstanda keçiriləcək mövsümün 11-ci yarısıyla davam edəcək.

  Macarıstanın paytaxtı Budapeştdə 4381 metrlik “Hungaroring” meydanında 70 tur üzrə reallaşdırılacaq yarışın sıralama turları sabah (29 iyul) Türkiyə saatıyla 15.00-da başlayacaq. Yarış isə 30 iyul bazar günü eyni saatda reallaşacaq.

  Mövsümün bu günə qədər 10 yarışında Avstraliya, Bəhreyn və Monakoda “Ferrari” yarış maşını sürücüsü Sebastian Vettel, Çin, Kanada, İspaniya və Böyük Britaniyada “Mercedes” sürücüsü Levis Hamilton, Rusiya və Avstriyada Valteri Bottas, Azərbaycanda isə Daniel Rikiardo kürsünün zirvəsinə çıxıb.

  Formula 1-də Macarıstan “Grand Prix”sindən əvvəl yarış maşını sürücüsü və komandaların sıralaması belədir:

Yarış maşını sürücüləri:

1. Sebastian Vettel (Almaniya) - 177 bal

2. Levis Hamilton (Böyük Britaniya) - 176

3. Valtteri Bottas (Finlandiya) - 154

4. Daniel Rikiardo (Avstraliya) - 117

5. Kimi Raikkonen (Finlandiya) - 98

Komandalar:

1. Mercedes - 330

2. Ferrari - 275

3. Red Bull - 174

4. Force India - 95

5. Williams - 41



Әlaqәli Xәbәrlәr