FIBA Qadınlar üzrə Avropa Liqasında 3 Türk klub iştirak edəcək

Liqada 2017-2018 mövsümündə iştirak edəcək Türk komandaları, Fənərbaxça, Qalatasaray və Yaxın Doğu Universiteti olub.

760512
FIBA Qadınlar üzrə Avropa Liqasında 3 Türk klub iştirak edəcək

Təşkilatın internet saytında əks edən məlumata görə, keçən mövsüm FIBA ​​Avropa Kubokunda böyük sevinç yaşayan Yaxın Doğu Universiteti və FIBA ​​Avropa Liqası final matçında mübarizə edən Fənərbaxça ilə yanaşı, 2013-2014 mövsümü çempionu Qalatasaray da bir il fasilədən sonra turnirdə Türkiyəni birbaşa təmsil haqqını əldə edib.

FIBA Qadınlar üzrə Avropa Liqasında 11 oktyabrda başlayacaq yeni mövsümdə birbaşa iştirak edəcək 14 komanda: Castors Braine (Belçika), Avenida (İspaniya), Famila Schio (İtaliya), Fənərbaxça, Qalatasaray, Yaxın Doğu Universiteti (Türkiyə), Dinamo Kursk, Nadezhda, UMMC Ekaterinburg (Rusiya), Sopron Basket (Macarıstan), ESBVA-LM, Tanqo Bourges Basket (Fransa), Visla Can-Pack (Polşa) USK Praqa (Çexya).

Qeyd edək ki, liqada mübarizə edəcək son 2 komanda isə, Fransanın BLMA, Macarıstanın Szekszard, Slovakyanın Piestanske Cajky və Polşanın CCC Polkowice qrupları arasında oynanacaq seçmə matçlardan sonra bəlli olacaq.



Әlaqәli Xәbәrlәr