"Beşiktaş" Türkiyə Super Liqasının çempionu olub
"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.
741558
"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.
XXXIII turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub.
Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.
Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.