Qış İdman Oyunları Qazaxıstanda start götürdü

Bu il 28-cisi təşkil edilən Qış İdman Oyunları Qazaxıstanın Almatı şəhərində təşkil edilən açılış mərasimiylə başladı.

662737
Qış İdman Oyunları Qazaxıstanda start götürdü

  Dünya üzrə Qış İdman Oyunları Qazaxıstanda start götürdü. 

  28-cisi təşkil edilən oyunların açılış mərasimi Almatı Arenada oldu.

  Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışında söylədi: "Qış Oyunlarını təşkil etmək üçün 5 ildən artıqdır ki, əmək sərf edirik. Artıq bu işlər sayəsində Almatı şəhərinin çöhrəsi də dəyişdi".

  Ənənəvi paradla başlayan açılış Qazaxıstan himninin oxunmasıyla davam etdi. Dünyanın dörd tərəfindən gələn 2 mindən çox idmançı alqışlarla qarşılandı. Rəqs nömrələri və konsert proqramı da tədbiri rəngarəng görüntülərə qərq etdi.

  İdmançıları salamlayan ölkə başçısı Nursultan Nazarbayev tədbirə dəstək verən hər kəsə təşəkkürünü bildirdi.

  Qazaxıstanın 16 vilayətindən məşəllərin bir araya gəlməsi böyük olimpiya atəşini yandırdı.

  57 ölkədən 2 mindən çox idmançının qatıldığı builki idman oyunlarında yarışlar 12 nominasiya üzrə keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr