Dörddǝbir  finalda Qadın basketbol  komandamızın rǝqibi İspaniya olub

Türkiyǝnin  A Milli Qadın Basketbol Komandası, 2016 Rio Olimpiya Oyunları  çǝrçivǝsindǝ  oynanacaq   dörddəbir final  matçlarında  İspaniya ilə  qarşılaşacaq.

551867
Dörddǝbir  finalda Qadın basketbol  komandamızın rǝqibi İspaniya olub

Braziliyanın Rio de Janeiro şəhərində davam edən oyunlarda, A qrupunu 3-ci  sırada  tamamlayaraq dörddəbir finala   vǝsiqǝ  qazanan  komandamızın bu turdaki rəqibi, B qrupunda oynanan matçdan  sonra təyin olunub.

İspaniya, Kanadanı 73-60 məğlub edərək B qrupunu 2-ci sırada  tamamlayaraq Türkiyə  millisinin  dörddəbir finaldakı rəqibi olub.

A Milli Komanda ilə İspaniya arasındakı dörddəbir final matçı, 16 Avqust Çərşənbə axşamı günü  Türkiyǝ  vaxtıyla  saat  20.30da oynanacaq.

Qrupundakı ilk iki qarşılaşmada  Avstraliya və Fransa  komandaları  qarşısında   mǝğlub  olan millilər, növbǝti qarşılaşmalarda Yaponiya, Belarus və Braziliyanı məğlub edərək dörddəbir finala  vǝsiqǝ  qazanmışdı. 

Dörtdǝbir  finalda  qarşılaşacaq  komandalar  belǝdir: 

İspaniya-Türkiyə

Avstraliya-Serbiya

ABŞ-Yaponiya

Fransa-Kanada

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr