Rio-2016 Olimpiya Oyunlarının açılış mərasimi keçirildi

Braziliyanın Rio de Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi Marakana stadionunda təşkil olunub

546075
Rio-2016 Olimpiya Oyunlarının açılış mərasimi keçirildi
rio 2016 olimpiyat oyunları1.jpg
rio 2016 olimpiyat oyunları2.jpg
rio 2016 olimpiyat oyunları.jpg
rio 2016 olimpiyat oyunları4.jpg
rio 2016 olimpiyat oyunları5.jpg
rio 2016 olimpiyat oyunları1.jpg
rio 2016 olimpiyat oyunları2.jpg
rio 2016 olimpiyat oyunları.jpg
rio 2016 olimpiyat oyunları4.jpg
rio 2016 olimpiyat oyunları5.jpg
rio 2016 olimpiyat oyunları1.jpg
rio 2016 olimpiyat oyunları2.jpg
rio 2016 olimpiyat oyunları.jpg
rio 2016 olimpiyat oyunları4.jpg
rio 2016 olimpiyat oyunları5.jpg

  Mərasimdə BMT-nin Baş katibi Pan Ki Mun, Fransa prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Renzi, Hollandiya kralı Villem Aleksandr, Argentina prezidenti Maurikio Makri, eləcə də bir çox ölkələrdən rəsmi nümayəndələr iştirak edib. Türkiyə isə Gənclər və İdman naziri Akif Çağatay Kılıç tərəfindən təmsil olunub. 

  Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıb. Bədii hissə başa çatdıqdan sonra komandaların paradını ənənəvi olaraq Yunanıstanın idmançıları açıb.

  Əlifba sırası keçid zamanı Türkiyə idmancıları da yüksək alqışlarla qarşılanıb. Türkiyənin bayraqdarı milli güləşçi, Avropa və Dünya çempionu, olimpiada üçüncüsü Rza Kayaalp olub.

  Təntənəli mərasimdə 31-ci Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Karlos Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edib, Braziliya prezidentinin səlahiyyətlərini icra edən Mişel Temer isə 31-ci Yay Olimpiya Oyunlarını rəsmi şəkildə açıb.

  Olimpiya himnini “More Project” adlı uşaqlara yardım fondunun seçdiyi 40 nəfərdən ibarət xor ansamblı ifa edib.

  Oyunların məşəlini 46 yaşlı yüngül atlet, marafonçu Vanderley de Lima alovlandırıb. Məşəli yandırması gözlənilən Braziliyanın əfsanə futbolçusu Pele isə fiziki problemlər səbəbindən mərasimdə iştirak edə bilməyib.

  Olimpiya məşəlinin alovlandırılmasından sonra açılış mərasimi atəşfəşanlıqla yekunlaşıb.

  Təxminən 3 milyard insanın izlədiyi açılış mərasimi sosial mediada da geniş müzakirələrə səbəb olub.

  Açılış mərasimin təşkilində 35 mindən çox adam iştirak edib. Təxminən 5500 kostyumdan istifadə olunub.

  Avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306 dəst medal uğrunda mübarizə aparacaq.



Әlaqәli Xәbәrlәr