Belçika 1/4 finala yüksəlib

Avro-2016"nın 1/8 finalında Macarıstana 4:0 hesabı ilə qalib gələn Belçika 1/4 finala yüksəlib.

519346
Belçika 1/4 finala yüksəlib

yunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci gününün son qarşılaşması Belçika və Macarıstan yığma komandaları arasında oynanılıb.

Tuluza şəhəri stadionunda keçirilən matçı Serbiyalı baş hakim Milorad Majiç idarə edib.

Hesab matçın 10-cu dəqiqəsində açılıb. Macarlar cavab topu vurmaq üçün irəli atılsalar da, rəqib qapısına yol tapa bilməyiblər və 1:0 hesabı 68 dəqiqə dəyişməz qalıb. Nəhayət, oyunun taleyinə ikinci hissədə belçikalıların iki dəqiqə (78 və 80-ci dəqiqələr) fərqlə vurduqları iki qol tam aydınlıq gətirib. Qarşılaşmaya son nöqtə isə 90-cı dəqiqədə qoyulub 4:0. Bu, “Avro-2016”-da qeydə alınan ən böyük hesablı qələbədir.

Beləliklə, Polşa, Uels, Portuqaliya, Fransa və Almaniyadan sonra Belçika adını dörddəbir finala yazdıran altıncı komanda olub. Növbəti mərhələdə onun rəqibi Uels komandası olacaq.

Xatırladaq ki, səkkizdə bir finala iyunun 27-də oynanılacaq İtaliya-İspaniya və İngiltərə-İslandiya qarşılaşmaları ilə yekun vurulacaq.



Әlaqәli Xәbәrlәr