Azәrbaycanın veteran cüdoçusu qitə birincisi olub

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib.

517686
Azәrbaycanın veteran cüdoçusu qitə birincisi olub

Azərbaycanın  milli komandası turnirin  ilk günündə aktivinә  bir qızıl medal yazdırıb.

Çempionatda 90 kiloqram çəki dərəcəsində Azәrbaycanı  təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçunun  yarımfinaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə F.Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.



Әlaqәli Xәbәrlәr