Eyfel qülləsi ikinci dəfə Türkiyə bayrağı rənglərinə büründü

Eyfel qülləsi çempionat boyu “Twitter” sosial mediasında həyata keçirilən kampaniya sayəsində hər gün matçı olan ölkələr arasında son matç bitdikdən 10 dəqiqə sonra ən çox dəstək alan komandanın ölkəsinin rəngləriylə 15 dəqiqə ərzində işıqlandırılır

513399
Eyfel qülləsi ikinci dəfə Türkiyə bayrağı rənglərinə büründü

  Fransanın ev sahibliyi ilə təşkil edilən 2016 Avropa Futbol Çempionatı (EURO 2016) çərçivəsində Eyfel qülləsi ikinci dəfə Türkiyə bayrağının rənglərinə bürünüb.

  Nis (Nice) şəhərində İspaniya ilə qarşı-qarşıya gələn A Milli Komandası “Twitter”dəki gündəlik sıralamada 30 faizlə ikinci dəfə ən çox dəstək alan komanda olub.

  Türkiyəni 26,6 faizlə Xorvatiya, 19,9 faizlə İtaliya təqib edir.

  Eyfel qülləsi çempionat boyu “Twitter” sosial mediasında həyata keçirilən kampaniya sayəsində hər gün matçı olan ölkələr arasında son matç bitdikdən 10 dəqiqə sonra ən çox dəstək alan komandanın ölkəsinin rəngləriylə 15 dəqiqə ərzində işıqlandırılır.

  Türkiyə çempionatda 12 iyunda Xorvatiyaya qarşı oynadığı ilk matçdan sonra “Twitter”də ən çox bəhs edilən ölkə olduğu üçün gündəlik sıralamada 55,9 faizlə birinci olub.



Әlaqәli Xәbәrlәr