"This One’s For You”nun Türkiyə variantı

EURO 2016-nın rəsmi hava yolu sponsoru Türkiyə Hava Yolları (THY) 2016 Avropa Futbol Çempionatı (EURO 2016) üçün hazırlanan "This One’s For You” mahnısının video klipinin Türkiyə variantını futbolsevərlərə təqdim edib

512996
"This One’s For You”nun Türkiyə variantı

  EURO 2016-nın rəsmi hava yolu sponsoru Türkiyə Hava Yolları (THY) Fransanın tanınmış musiqi prodüseri DJ Devid Qettanın (David Guetta) 2016 Avropa Futbol Çempionatı (EURO 2016) üçün hazırladığı "This One’s For You” mahnısının video klipinin Türkiyə variantını futbolsevərlərə təqdim edib.

  Klipin ideya müəllifi THY Marketinq və Satışdan Məsul Baş direktor müavini Əhməd Olmuştur dünyanın hər tərəfinin futbolsevərləri üçün birləşdirici körpü olan musiqinin futbolun ayrılmaz bir parçası olduğunu deyib.

  Devid Qettanın sözlərini yazıb bəstələdiyi, isveçli müğənni Zara Larssonun ifa etdiyi mahnının qeydiyyat mərhələsində UEFA tərəfindən xüsusi hazırlanmış onlayn müraciət sayəsində bir milyon futbolsevər iştirak edib.

  Klipin premyerası keçən həftə Eyfel qulləsindəki xüsusi konsertdə Devid Qettanın təqdimatıyla olub.

  EURO 2016-nın rəsmi mahnısı "This One’s For You"nun Türkiyəyə aid xüsusi video klipini  http://www.thisonesforeuro2016.com/#!/tr  linkindən izləmək mümkündür.



Әlaqәli Xәbәrlәr