UEFA Rusiyanı cəzalandırdı

UEFA Rusiya Futbol İttifaqını 150 000 avro məbləğində cərimə edib.

512055
UEFA Rusiyanı cəzalandırdı

Fransada keçirilən Avropa çempionatı zamanı İngiltərə ilə oyundan öncə və sonra kütləvi iğtişaşlara səbəb olan rusiyalı azarkeşlər bu ölkənin futbol federasiyasının UEFA tərəfindən cəzalandırılmasına səbəb olublar. UEFA baş verənlərə görə Rusiya Futbol İttifaqını 150 000 avro məbləğində cərimə edib. Həmçinin ruslara AÇ-nin sonunadək şərt qoyulub. Şərti cəzaya görə, şimal qonşularımız bundan sonra eyni hərəkətləri təkrarlamamalıdırlar. Əks halda Rusiyanı daha sərt sanksiyalar gözləyir. Bu azmış kimi, Fransa polisi Marseldəki kütləvi iğtişaşlarda əsas fəallardan olan 30-a yaxın rus azarkeşi deportasiya edib.



Әlaqәli Xәbәrlәr