Rus və İngilis azǝrkeşlǝr arasında gǝrgin vǝziyyǝt

Avropa Futbol Çempionatı  çǝrçivǝsindǝ  Rus və İngilis azǝrkeşlǝr arasında yaranan gǝrgin vǝziyyǝt davam edir.

511101
Rus və İngilis azǝrkeşlǝr  arasında gǝrgin vǝziyyǝt

Ötǝn  hǝftǝ  Marsilyada  azǝrkeşlǝr  arasında baş verǝn  döyüşdǝn sonra bu dəfə dǝ Avro-2016 çərçivəsində Rusiya-Slovakiya matçının bu gün oynanacağı Fransanın Lil şəhərində azarkeşlər dava salmaq üçün təxribatlara əl atırlar.

Britaniyalı azarkeşlər rusiyalı futbol fanatlarını toqquşmalara təhrik etmək məqsədilə Rusiya bayrağını tapdalayıbla.

Lil valisi Michel Lalande  hadisǝlǝrin qarşısının  alınması   üçün  çərşənbə və cümə axşamı günü gecə yarısından etibarən  bütün barların bağlanmasına dair qǝrar qǝbul edib. 

Qeyd edək ki, ötən gün UEFA Fransada keçirilən “Avro 2016” futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.

Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.

 



Әlaqәli Xәbәrlәr