Cüneyt Çakır Portuqaliyanın oyununa təyinat aldı

Futbol üzrə Avropa çempionatında beşinci oyun gününün təyinatları açıqlanıb.

509768
Cüneyt Çakır Portuqaliyanın oyununa təyinat aldı

Futbol üzrə Avropa çempionatında beşinci oyun gününün təyinatları açıqlanıb. İyunun 14-də F qrupunda keçiriləcək Portuqaliya - İslandiya qarşılaşması türk hakimlər briqadasına tapşırılıb. Türkiyə vaxtı ilə saat 22:00-da başlanacaq matçı baş hakim Cüneyt Çakıra idarə edəcək. Ona Bahattin Duranla Tarık Onqun yan xətt, Hüseyin Göçeklə Barış Şimşek əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. İspaniyalı Karlos Del Serro dördüncü hakim, Xuan Yuste Ximenes ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Çexiyalı Daqmar Damkova hakim-inspektor, gürcüstanlı Nodar Axalkatsi UEFA nümayəndəsidir.



Әlaqәli Xәbәrlәr