Cüneyt Çakır dünya futbol tarixində ilkə imza atıb

“Bavariya” - “Atletiko” arasında keçiriləcək matç Türkiyə saatı ilə 21.45-də TRT1 kanalı vasitəsilə canlı yayımlanacaq.

483057
Cüneyt Çakır dünya futbol tarixində ilkə imza atıb

Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə “Atletiko” arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb.

Sabah Münhendə oynanılacaq qarşılaşma türkiyəli Cüneyt Çakıra həvalə edilib. Ona həmyerliləri Cem Satman və Tarık Onqun kömək edəcək.

Türkiyəli referi bununla Avropa futbol tarixində bir ilki gerçəkləşdirib. Belə ki, o, yarımfinalın ilk oyunları çərçivəsində “Mançester Siti” – “Real” görüşünün də baş hakimi olub. Çakır Çempionlar Liqası və Avropa Liqası da daxil olmaqla, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə yarımfinal mərhələsinin həm ilk, həm də cavab görüşünə təyinat alan referi kimi tarixə düşüb.

“Bavariya” - “Atletiko” arasında keçiriləcək matç Türkiyə saatı ilə 21.45-də TRT1 kanalı vasitəsilə canlı yayımlanacaq.



Әlaqәli Xәbәrlәr