Lamdan yeni rekord

"Bavariya"nın müdafiəçisi Filip Lam yeni rekorda imza atıb.

480388
Lamdan yeni rekord

almaniyalı futbolçu Çempionlar Liqasında 104-cü matçına çıxıb.

Bu, yarımfinal mərhələsinin "Atletiko" ilə ilk görüşündə baş verib. Madriddə keçirilən görüşün start heyətində meydana çıxan 32 yaşlı futbolçu klubun sabiq qapıçısı Oliver Kanı (103 oyun) geridə qoyub.

Bununla da, Lam Çempionlar Liqasında ən çox forma geyinən almaniyalı futbolçuların siyahısında liderliyə yüksəlib. Lam və Kandan sonrakı pillələri Bastian Şvaynştayger (95), Mixael Ballak (93) və Manuel Noyer (81) tutur.
 
Qeyd edək ki, "Atletiko" - "Bavariya" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.



Әlaqәli Xәbәrlәr